Skip to content
Artwork for TƏPTƏZƏ
MusicMusic CommentaryMusic Interviews

TƏPTƏZƏ

Media FM

Media FM-in “Təptəzə” səhər şousu qaynar kofe, soyuq duş təsirinə

malikdir. Hazırladığımız müsabiqələrlə dolu şoumuzun məqsədi

dinləyiciləri 105.5 FM dalğasına kökləmək və 2 saat boyunca əhvalı zirvədə saxlamaqdır.

“Təptəzə” şousu – səhərlər yuxudan oyanmaq üçün sizə stimul verəcək.

Əmin olun ki, yatağınızla çox asanlıqla sağollaşacaqsınız.

Aparıcılarımız:

Emil və Kamran isə bu işdə təkanverici qüvvə olacaqlar. Onlar sizin

günə yaxşı başlamağlınız, işə təbəssümlə getməyiniz üçün əllərindən gələni

edirlər. Əbəs yerə demirlər ki, bütün vacib işləri səhər görmək lazımdır.

“Təptəzə” olaraq əhvalınızı xoş etmək də bizim ən vacib işimizdir.

“Təptəzə” ilə müsabiqələr və hədiyyələr, gündəmdəki xəbərlərin dinləyicilərlə müzakirəsi, ən əsası isə aparıcılarımızın unikallığı ilə gününüz 100% alınacaq.

Belə bir deyim var – “İnsanın xasiyyətini bilmək istəyirsənsə, onun səhərə necə

sevindiyinə bax”.

Əminik ki, ”Təptəzə” səhər şousundan sonra xoşxasiyyətli adamların sayı xeyli artacaq!

Play
  • 33 episodes
  • Avg 1 hr 1 min
  • Azerbaijani
Counted on this page — what you have heard stays on this device, so it is not something the list can be paged by.
  • S1 · E18
    September 28 · 1 hr 8 min

    Bakının meri olsaydınız hansı qərarı verərdiniz? (25.09.2026)

    "Təptəzə Səhər"in bu epizodunda paytaxtın problemlərini və xəyali "mer" layihələrimizi müzakirə etdik. Tıxacları birdəfəlik həll edən fərmanlardan tutmuş, hər məhəlləyə park salmaq, velosiped yollarını artırmaq və ya sadəcə binaların rəngini dəyişmək təkliflərinə kadar dinləyicilərimizdən bir-birindən maraqlı mesajlar gəldi. Sizin şəhər üçün ilk qərarınız nə olardı? Pleyeri açın və dinləyicilərin rəngarəng layihələrinə Spotify-da qoşulun! 🎧📻

  • S1 · E17
    September 25 · 1 hr 8 min

    Axırıncı dəfə nə vaxt hiss etdiniz ki, yaşayırsınız? (24.09.2026)

    Gündəlik qaçhaqov, iş rejimı və monotonluq arasında həyatın fərqinə varmaq... 🌿✨ "Təptəzə Səhər"in bu epizodunda dərindən bir nəfəs aldıq və "Axırıncı dəfə ne vaxt hiss etmisiniz ki, sadəcə mövcud deyilsiniz, doğrudan da yaşayırsınız?" sualına cavab axtardıq. Yağışlı havada gəzinti, sevdiyin bir mahnı, dəniz kənarında sakitlik, yoxsa təbiətin qoynunda bir anlıq sükut? Dinləyicilərimizdən gələn təsirli, səmimi və ruhu oxşayan etiraflar efirimizə xüsusi bir ab-hava qatdı. Monotonluqdan uzaqlaşmaq və öz anınızı tapmaq üçün pleyeri açın, Spotify-da bizə qoşulun! 🎧📻

  • S1 · E16
    September 24 · 1 hr 2 min

    İmkan olsa hara gedərdiniz və nə edərdiniz? (23.09.2026)🌍✈️

    Maliyyə, zaman və sərhəd məhdudiyyəti olmasaydı, hazırda dünyanın hansı küncündə idiniz? 🌍✨ "Təptəzə Səhər"in bu epizodunda xəyallarımızın xəritəsini çəkdik! "İmkan olsa hara gedərdiniz və nə edərdiniz?" sualına dinləyicilərimizdən gələn bir-birindən maraqlı, romantik və gözlənilməz cavablar efirimizə rəng qatdı. Sakit bir adada yaşamaq, kosmosa uçmaq, yoxsa sadəcə doğma kəndə qayıtmaq? Öz xəyali marşrutunuzu xatırlamaq və bu rəngarəng söhbətə qoşulmaq üçün pleyeri açın! 🎧📻

  • S1 · E15
    September 23 · 1 hr 9 min

    Tıxacda İtirilən İllər: O Vaxtı Nəyə Xərcləyərdiniz?(22.09.2026)

    Hər gün tıxaclarda itirdiyimiz o qiymətli dəqiqələri geriyə ala bilsəydiniz, nəyə xərcləyərdiniz? 🚗⌛ "Təptəzə Səhər"in bu epizodunda şəhər həyatının ən böyük yarası olan tıxacları və itirilən zamanı müzakirə etdik. Kitab oxumaq, idman etmək, sevdiklərimizə vaxt ayırmaq, yoxsa sadəcə doyunca yatmaq? Dinləyicilərimizdən gələn həm real, həm də humoristik cavablar efirə rəng qatdı. Yollarda vaxt itirərkən əhvalınızı qaldırmaq və bu səmimi söhbətə qoşulmaq üçün pleyeri açın! 🎧📻

  • S1 · E14
    September 21 · 1 hr 9 min

    Hansı ədəbi personaj olmaq istərdiniz? (21.09.2026)

    "Təptəzə Səhər"in bu epizodunda xəyal gücümüzü işə saldıq və "Hansı ədəbi personaj olmaq istəyərdiniz?" sualına cavab axtardıq. Klassik roman qəhrəmanlarından tutmuş, müasir dedektivlərə və xəyali aləmlərin obrazlarına kadar dinləyicilərimizdən gələn maraqlı, romantik və səmimi mesajlar efirə rəng qatdı. Sizin xəyallarınızdakı ədəbi obraz kimdir? Pleyeri açın və dinləyicilərimizin maraqlı seçim şəbəkəsinə Spotify-da qoşulun! 🎧📻

  • S1 · E13
    September 21 · 1 hr 9 min

    Hamının sevdiyi, amma sizə çatmayan o hit mahnı hansıdır? (18.09.2026)🎶

    Trendlərdə birinci sıradadır, hər yerdə səslənir, amma sizə heç cür çatmır? 🎶🤔 "Təptəzə Səhər"in bu epizodunda musiqi zövqlərini tərəziyə qoyduq! "O hansı mahnıdır ki, hamı bəyənir, amma sizə çatmir?" sualına dinləyicilərimizdən gələn sürpriz və səmimi cavablar efirimizi bürüdü. Məşhur hitlər, trend olan bəstələr və onların ətrafındakı maraqlı müzakirələr bu buraxılışdadır. Sizin də lüğətinizdə belə bir mahnı var? Pleyeri açın və musiqi zövqünüzü bizimki ilə müqayisə edin! 🎧📻

  • S1 · E12
    September 19 · 1 hr 7 min

    Bu yaşa çatıb nəyin yalan olduğunu başa düşmüsünüz? (17.09.2026)

    Uşaqlıqdan bəri həqiqət bildiyimiz neçə düşüncə zamanla sabun köpüyü kimi dağılıb? 🎙️✨ "Təptəzə Səhər"in bu epizodunda "Bu yaşa çatıb nəyin yalan, nəyin mif olduğunu başa düşmüsünüz?" sualına cavab axtardıq. Cəmiyyətin bizə aşıladığı stereotiplərdən tutmuş, gündəlik həyatda doğru bildiyimiz səhvlərə kadar dinləyicilərimizdən gələn marqlı və səmimi etiraflar efirə rəng qatdı. Sizin üçün hansı həqiqəti dərk etmək zaman aldı? Pleyeri açın və dinləyicilərin təsirli hekayələrinə Spotify-da qoşulun! 🎧📻

  • S1 · E11
    September 18 · 1 hr 14 min

    Bizə nə gec gəlib çatır? (16.09.2026)

    Ağlımız, geyim trendləri, yoxsa sifariş etdiyimiz kargo? Bizə ən çox nə gec gəlib çatır? ⏳✨ "Təptəzə Səhər"in bu epizodunda cəmiyyət olaraq həyatımıza, təfəkkürümüzə və ya gündəlik vərdişlərimizə gec inteqrasiya olunan məsələləri müzakirə etdik. Dinləyicilərimizdən gələn həm fəlsəfi, həm də gündəlik həyatla bağlı yumoristik mesajlar efirimizə rəng qatdı. Sizin üçün dərk edilməsi və ya çatması en çox vaxt aparan nə olub? Pleyeri açın və səmimi söhbətimizə Spotify-da qoşulun! 🎧📻

  • S1 · E10
    September 17 · 1 hr 7 min

    Kiminlə parta yoldaşı olmaq istəyərdiniz? (15.09.2026)

    "Əsas odur dərsi köçürməyə versin!" deyənlər buradadır? 😂📚 Bu buraxılışda həm xəyali, həm də real parta yoldaşı namizədlərini tərəziyə qoyduq. Dinləyicilərin təxəyyülü, studiyadakı rəngarəng zarafatlar və məktəb illərinin ən unudulmaz anları bu epizoddadır. Öz parta yoldaşınızı xatırlamaq və əhvalınızı qaldırmaq üçün epizodu Spotify-da dinləyin! ☕️💥

  • S1 · E9
    September 15 · 1 hr 10 min

    Bəy və gəlinə daha orijinal nə arzulamaq olar? (14.09.2026)

    "Xoşbəxt olsunlar", "Bir yastıqda qocasınlar" dedik, bəs daha orijinal nə arzulamaq olar? 💍✨ "Təptəzə Səhər"in bu epizodunda toylarda bəy və gəlinə verilən ən maraqlı, fərqli və "təptəzə" arzuları müzakirə etdik. Dinləyicilərimizdən gələn gülməli, romantik və tamamilə orijinal arzular efirimizə rəng qatdı. Toy mövsümündə yeni ideyalar tapmaq və dinləyicilərin maraqlı etiraflarını eşitmək üçün pleyeri açın! 🎧📻

  • S1 · E8
    September 15 · 1 hr 10 min

    Həyat üçün qurduğunuz planlar nə dərəcədə doğru çıxdı? (11.09.2026)

    "Təptəzə Səhər"in bu epizodunda "Həyatınızı necə təsvir edərdiniz, bəs necə alındı?" sualı ətrafında səmimi söhbət etdik. Dinləyicilərimizin illər öncəki xəyalları, gözlənilməz dönüm nöqtələri və reallıqla barışma hekayələri gələn mesajlarla efirimizə rəng qatdı. Sizin də planlarınız tamamilə dəyişib? Pleyeri açın və dinləyicilərin təsirli etiraflarına Spotify-da şərik olun! 🎧📻

  • S1 · E7
    September 15 · 1 hr 17 min

    Xaricdə başınıza nələr gəlib? (10.09.2026)

    Xaricə səyahət edəndə hər şey planlaşdırıldığı kimi getmir! ✈️🧳 "Təptəzə Səhər"in bu epizodunda dinləyicilərimizlə xaricdə baş verən ən gözlənilməz, qəribə və unudulmaz hadisələri müzakirə etdik. Hava limanında itən baqajlar, dili bilmədiyi üçün düşülən komik vəziyyətlər və heç vaxt unudulmayacaq səyahət xatirələri gələn mesajlarla efiri bürüdü. Pleyeri açın və Spotify-da bizə qoşulun! 🎧📻

  • September 14 · 1 hr 10 min

    Siz restoran açsaydınız, adı nə olardı? (9.09.2026)

    "Təptəzə Səhər"in bu epizodunda xəyallarımızdakı məkanları, menyuları və ən kreativ restoran adlarını müzakirə etdik! Studiyada fəlsəfi "İxtis"lərdən tutmuş, bir dönərçiyə böyük məna qatan dinləyici fikirilərinə qədər bir-birindən maraqlı mesajlar gəldi. Siz də xəyali restorannızın adını düşünün və bu rəngarəng söhbəti dinləmək üçün pleyeri açın! 🎧✨

Showing 21–33 of 33 episodes