Skip to content
Artwork for Bir İki Söhbət
Society & CulturePersonal Journals

Bir İki Söhbət

Aytac

Aytac/Leyla

Salam!
Burdayıq çünki etmək istədiyimiz, danışmaq istədiyimiz söhbətlər var. Dediyimiz kimi, biraz ordan biraz burdan :)

Play
  • 23 episodes
  • Avg 16 min
  • Azerbaijani
Counted on this page — what you have heard stays on this device, so it is not something the list can be paged by.
  • S4 · E4
    September 18 · 15 min

    Sənə nə?

    Başlıq biraz kobud səslənə bilər, ancaq hər birimizin heç olmasa bir dəfə ətrafımıza demək istədyimiz cümlədir.. :)

  • S4 · E2
    September 14 · 17 min

    Dünyamızın dağılması..

    Dünyam dağıldı, həyatım alt-üst oldu deyəndə heç düşünmüsən ki həyatının altı üstünən daha gözəldi? :)

  • S4 · E1
    September 7 · 12 min

    Yenidən burada.. :)

    Bədəl ödəmək sizcə ağır bir yükdür ya məcburi bir seçimdir?

  • S3 · E3
    Jul 11, 2025 · 15 min

    "Səni sənin qədər heçkim sevmir"

    Bu cümləni diqqətlə oxu-"Səni sənin qədər heçkim sevmir". Həyatımızda "Mən bunu niyə yaşayıram?" cümləsini istifadə etdiyimiz anlar olur. Bəs doğurdan niyə yaşayırıq? Bu bir dərs, imtahan ən sonunda öyrənməli olduğumuz bir şey üçündür. Sadəcə onu bil ki, bu hekayə sənindir. Əsas qəhrəman da sənsən, yazar da sənsən və aktyor-yaşayan da sənsən... Aytac/Leyla

  • S3 · E2
    Jun 25, 2025 · 14 min

    Reankarnasıya ya keçmiş həyat var?

    Bəzən tanımadığım yerlər tanış gəlir, görmədiyim insanlara qəribə bir yaxınlıq hiss edirəm. Bəlkə də ruhumuz bu dünyada ilk dəfə deyil. Bəlkə bir zaman kişi olmuşam, bəlkə bir qadın, bəlkə də sadəcə bir quş olub səssizcə göy üzünü keçmişəm. Keçmiş həyatın olub-olmadığını dəqiq bilmirəm, amma bəzən ruhum xatırlayır… Aytac/Leyla

  • S3 · E1
    Jun 23, 2025 · 13 min

    Yaşlanmaq ya yaş almaq?

    Düşünürəm hərkəs nə vaxtsa “Yaşlanmaq istəmirəm” deyib. Ancaq bu sanki ağacın budaq verməkdən imtina etməsi kimidir məncə. Halbuki yaş almaq – varlığın dərinləşməsidir. Zaman yalnız bədəni yavaşladar, ruhu isə yetkinləşdirər. Biz bu dünyaya sadəcə gəlib getmək üçün yox, toxunmaq, dəyişmək və iz qoymaq üçün gəlmişik. Bir gün bu bədən sükuta qərq olacaq, amma yaşatdıqlarımız — bir gülüşdə, xatirədə, övladın baxışında — sonsuza qədər yaşayacaq. Sonsuz olan nə zamandır, nə də bədən. Sonsuz olan, sevdiklərimizdə buraxdığımız işıqdır. Biz bəlkə də gedəcəyik, amma bizi yaşadanlar qalacaq... Aytac/Leyla

  • S2 · E7
    Jun 8, 2025 · 14 min

    Xoşbəxtlik ❤️

    Xoşbəxt olmaq deyəndə ağlına nə gəlir? Bir duyğu, bir hədəf, yoxsa keçib gedən anların içində gizlənən bir hal? Psixologiya deyir: xoşbəxtlik daxili tarazlıqdır. Antropologiya deyir: xoşbəxtlik mədəniyyətə görə dəyişir — bəziləri üçün sakitlik, bəziləri üçün səs-küylü ailə süfrəsidir. Fəlsəfə isə soruşur: “Əgər xoşbəxtlik davamlıdırsa, niyə onun fərqinə varmaq bu qədər çətindir?” Bəlkə də xoşbəxtlik heç zaman “tam” bir vəziyyət deyil. O, yolun özüdür — bir stəkan çayda, dost söhbətində, ya da tək qalanda içdən gələn rahatlıqda.

  • S2 · E6
    Apr 20, 2025 · 10 min

    Günahkarlıq hissi...Günahkar olan sənsən?

    Həyat təcrübəmizdə hər birimiz "özümüzü suçladığımız" dönəmlərimiz olub. Hələ "hər şəyin səbəbi sənsən", "mən daha yaxşı bilərəm" eşitdiyimiz cümlələr də..Bəs doğurdan da belədir mi? Bəlkədə həyatda hər şey sadəcə yaşayıb təcrübə etmək deyil, sənin hər şeyə baxış bucağındır?

  • S2 · E5
    Apr 13, 2025 · 11 min

    Həyatımızdakı seyrəmələr..

    Bu epizodda həyatdakı seyrəlmələrdən danışdıq. Bəzən dayanmaq lazım olur – yorğunluqdan yox, yönünü daha aydın görmək üçün. Küləyin səsində, açıq havada etdiyimiz bu qısa söhbət bizə də yaxşı gəldi. Ümid edirik sənə də toxunar.. :) Aytac/Leyla

  • S2 · E4
    Apr 4, 2025 · 21 min

    Chasing or Attracting?

    Bəzən həyatımızda bir şeyi çox istəyəndə, ona daha da uzaqlaşırıq. Sanki qaçdığımız hər şey bizdən qaçır, çəkdiyimiz hər şey isə bizə tərəf gəlir. Arzuların arxasınca qaçmaqmı doğrudur, yoxsa sakitcə, öz enerjini yüksəldərək onları özünə cəlb etməkmi? Bəlkə də məsələ nəyinsə arxasınca qaçmaqda deyil, ona uyğun birinə çevrilməkdədir…

  • S2 · E3
    Jan 25, 2025 · 23 min

    Bəs sən kimsən?

    Uzun bir aradan sonra yenidən birlikdəyik. Yeni il, yeni podcast... Gəlin yenidən bütün enerjimiz ilə başlayaq. Həyatda güclü və ya gücsüz hiss etdiyimiz məqamlar olur.. Amma hər zaman özünə afərin və çox sağ ol deməyi unutma :)

  • S2 · E2
    Nov 20, 2024 · 12 min

    Dəyər görmək...

    Dəyər anlayışı hər kəs üçün fərqlidir. Təəsüf ki mi yoxsa yaxşı ki dəyərli/dəyərsiz olduğumuzu anlayırıq? Bəzən dəyərsiz olduğumuz anları dilə gətirəndə əslində nə qədər dəyərli olduğumuzun fərqinə varırıq.. Bilirdiniz? Sən hamıdan dəyərlisən.. <3

  • S2 · E1
    Nov 4, 2024 · 16 min

    Uzun aradan sonra yenə salamlar..salamlar... :)

    Uzun bir yay sezonunu arxada qoyduq və yenidən bir aradayıq. Payız bəziləri üçün depresiv bir fəsil olsa da, payızın "cozy" hissiyatını heç bir fəsil hiss etdirmir bizcə...

  • S1 · E9
    Jul 2, 2024 · 19 min

    "Yay sezonu".."Güvənmək"

    Salamlar, Sanki çoxdandır görüşmürük. :) Bügün biraz yayın gətirdiyi rahatlıqdan və güvən duyğusundan danışdıq. Düşünürük ki, hamının həyatında güvənəcəyi biri olmalıdır.. O insanı tapman ümidi ilə ❤️ Aytac/Leyla

  • S1 · E8
    Jun 21, 2024 · 13 min

    Rutinlər və dəyişikliklər..

    Biraz uzaq qaldıq sanki ancaq biz burdayıq davam edirik. :) Bəzən həyatımızda bir sıra dəyişikliklər olur və bu da bizim rutinlərimizi, alışdığımız axışı dəyişir.. Bəlkə də sənə lazım olan da elə budur?

  • S1 · E7
    Jun 7, 2024 · 22 min

    İtirmək qorxusu.. "İnsan sanki ad qoya bilmir"

    Bu dəfəki söhbətimizdə də Aytac tək idi. Bu dəfə hər birimizin tez-tez yaşadığı hisslərdən biri olan itirmək qorxusudundan danışdı.. Bəzən xosbəxtliyimizə mane olan bu hissi kontrol etmək çətin olur..

  • S1 · E6
    May 27, 2024 · 19 min

    Axışda qalmaq.. "Axışla yarışmadayam sankı"

    Bu dəfə Aytac sizinlə tək idi. Bəzən həyatın axışına inanmaq çətindir. Ancaq bu çətin məqamı keçdikdən sonra hər şeyin asanlaşdırmağı, axışa qapılaraq getməyi öyrənirik...

  • S1 · E4
    May 12, 2024 · 22 min

    Aid olmaq ya olmamaq? Sən tək deyilsən...

    Aytac/Leyla Əsasən 20li yaşlarda bir yerə aid olub olmamaq yolunda çox mübarizələr veririk. Bu mövzuda çatdırmaq istədiyimiz mesaj "sən tək deyilsən" idi.. :)

Showing 1–20 of 23 episodes